Mərkəzimizdə eləcə də tələbələrimiz üçün kino klub da mövcuddur Müəllimlərimiz və tələbələrimiz, seçilmiş filmləri İngilis dilində izləyəcəkdirlər. Seansın sonunda, müəllimlər tələbələrlə diskussiya apararaq ev tapşırıqları da verəcəkdir. Araşdırmalara əsasən, insan bir kitabı oxuyub bitirməsi üçün, ən az bir həftə zaman xərcləməlidir. Bu zaman içində, şəxs bir çox hadisələrə fikir dağıdaraq kitabın 75% məzmununu unutmuş olur. Lakin eyni ktabın təkrar olaraq filmini də izləyəndə, insan zehn altı olaraq hadisələri yaddaşa həkk edir. Kino klubumuzun məqsədi, filmlərdə izlənilən bədən və üz cizgi dillərinin danışıqlarını yadda saxlamaq, emosiyaya toxunmaqdır. Bəzən emosiya daha tez yaddaşa həkk olur, nəyinki sadəcə quru danışıq. Bizim müəllimlərimiz bir çox psixoloqların təlimindən keçmiş müəllimlərdirlər və onlar sizinlə danışıqda heç bir zaman unutmurlar ki, hər bir dərs sizin zehninizə işləməlidir