İntensive English
İntensiv İngilis Proqramı- dinamik, müxtəlif qrup tələbələr arasında akademik İngilis dili biliklərini inkişaf etdirmək istəyən tələbələr üçün hazırlanmışdır. Bu qrupda, tələbələr daha da intensiv şəkildə dərslərinə fokus olur və müəllimlər tələbənin proqresini daim analiz edirlər. İntensiv English qrupumuzun tələbələri, tez tez başqa sinif tələbələri ilə birgə conversation club da iştrak edir, müəllimlər tərəfindən ev tapşırıqları təltib olunur, mətbəx siniflərində də iştrak edir. 1 ay sonunda tələbə artıq yetərincə irəlləmiş olur. Bu qruplar da, dil səviyyəsinin qrammatikasına, oxunuşuna, danışığına, yazılmasına çox yüksək və intensiv diqqət yetirilir. Tələbələr daim müəllim diqqəti altında müxtəlif layihələr, müxtəlif araşdırmalar edirlər. Dərslərimizdə müəllimlərimiz keçirilən proqramlara uyğun əşyalardan istifadə edərək, sizin zehninizə toxunacaqdır. Bildirdiyimiz kimi, psixoloqlarımızın araşdırması nəticəsində, mərkəzimizdə BAX GÖR TOXUN HİSS ET və ZEHNƏ HƏKK ET metodikalarından istifadə olunur. Həftədə 4 dəfə, hər dərs 90 dəqiqə davam edəcəkdir. Hər həftənin sonunda, həftə ərzində keçirilən mövzu haqqında, kinoteatr otağımızda alt sətirli filmlər izləniləcəkdir. Filmlər, sizin beyninizə həkk olunması üçün əvvəldən bir neçə Professorlar tərəfindən təhlil olunmuş filmlərdir. Filmə eyni səviyyədə olan bütün siniflər qatılacaqdır. Bu o deməkdir ki, siz həm yeni dostlar əldə edəcəksiniz, həm vitaminli, zehnə təsir edəcək şirələrdən içərək müəllimlərlə birgə film izləyəcəksiniz. Filmin sonunda, müəllim tələbələrlə film haqqında diskussiya edəcəkdir və növbəti həftə üçün, yeni ev tapşırığı veriləcəkdir